az
en

Xaricdə baş verən hadisələr

Yaşıl Kart sığortaçısı tərəfindən rəsmiləşdirilən Yaşıl Karta malik nəqliyyat vasitəsinin sahibi tərəfindən Azərbaycan Respublikası istisna olmaqla, Yaşıl Kart sisteminə daxil olan istənilən ölkə ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qarşı tərəfə dəyən zərər(lər) ilə əlaqədar tələblərin tənzimlənməsi (xaricdə tənzimləmə) hadisənin baş verdiyi ölkənin sığorta qanunvericiliyinə, Yaşıl Kart sisteminin tələblərinə, habelə İcbari Sığorta Bürosunun hadisənin baş verdiyi ölkənin Yaşıl Kart Bürosu ilə bağladığı sazişə uyğun olaraq həyata keçirilir.

 

Hadisə baş verdiyi zaman meydana gəldiyi ölkənin Bürosunun Yaşıl Kartın arxa hissəsində qeyd edilmiş nömrəsinə zəng edərək məlumat vermənizi xahiş edirik.