az
en

Azərbaycan Yaşıl Kart Sistemində

İcbari Sığorta Bürosu ilk dəfə 2012-ci ildə Yaşıl Kart Sisteminə üzv olmaq məqsədilə sistemin idarəedici orqanı olan Bürolar Şurasına sorğu göndərmişdir. Bu sorğuya ilkin olaraq müsbət rəy verilmiş və sistemə üzv olmaq istəyən Bürolar üçün zəruri hesab olunan hüquqi və digər tələblərlə tanış edilmişdir. Azərbaycan Respublikasının Yaşıl Kart Sisteminə qoşula bilməsi üçün “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa 28 noyabr 2014-cü il tarixində müvafiq dəyişikliklər edilmişdir. 28 May 2015-ci il tarixində Polşanın Sopot şəhərində keçirilən Bürolar Şurasının Baş Assambleyasında Azərbaycanın “Yaşıl Kart” Beynəlxalq Sığorta sisteminə qəbul olunması və 1 yanvar 2016-cı il tarixindən fəaliyyətə başlanması təsdiqlənmişdir.
İcbari Sığorta Bürosu Yaşıl Kart sistemi çərçivəsində aşağıdakı siyahıda qeyd edilən ölkələrin Yaşıl Kart Büroları ilə əməkdaşlıq edir:

Avropa İqtisadi Zonasına daxil olan ölkələr:
1 Avstriya Respublikası
2 Belçika Krallığı
3 Kipr Respublikası 
4 Çex Respublikası
5 Danimarka Krallığı
6 Estoniya Respublikası
7 Finlandiya Respublikası
8 Fransa Respublikası
9 Yunanıstan
10 Macarıstan
11 İrlandiya Respublikası
12 İtaliya Respublikası
13 İslandiya Respublikası
14 Latviya Respublikası
15 Litva Respublikası
16 Lüksemburq
17 Malta Respublikası
18 Norveç Krallığı
19 Niderland Krallığı
20 Portuqaliya Respublikası
21 Rumıniya
22 Slovakiya Respublikası
23 Sloveniya Respublikası
24 İsveçrə Konfederasiyası
25 Xorvatiya Respublikası
26 Almaniya Federativ Respublikası
27 İsveç Krallığı
28 İspaniya Krallığı
29 Bolqarıstan Respublikası
30 Birləşmiş Krallıq
31 Polşa Respublikası
Avropa İqtisadi Zonasına daxil olmayan ölkələr:
32 Tunis Respublikası
33 Bosniya və Herseqovina
34 Makedoniya Respublikası
35 Monteneqro Respublikası
36 İran İslam Respublikası 
37 Moldova Respublikası
38 Türkiyə Respublikası
39 Serbiya Respublikası
40 Ukrayna
41 Andorra Knyazlığı
42 Albaniya Respublikası
43 Mərakeş Krallığı