Azərbaycan Yaşıl Kart Sistemində

İcbari Sığorta Bürosu ilk dəfə 2012-ci ildə Yaşıl Kart Sisteminə üzv olmaq məqsədilə sistemin idarəedici orqanı olan Bürolar Şurasına sorğu göndərmişdir. Bu sorğuya ilkin olaraq müsbət rəy verilmiş və sistemə üzv olmaq istəyən Bürolar üçün zəruri hesab olunan hüquqi və digər tələblərlə tanış edilmişdir. Azərbaycan Respublikasının Yaşıl Kart Sisteminə qoşula bilməsi üçün “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa 28 noyabr 2014-cü il tarixində müvafiq dəyişikliklər edilmişdir. 28 May 2015-ci il tarixində Polşanın Sopot şəhərində keçirilən Bürolar Şurasının Baş Assambleyasında Azərbaycanın “Yaşıl Kart” Beynəlxalq Sığorta sisteminə qəbul olunması və 1 yanvar 2016-cı il tarixindən fəaliyyətə başlanması təsdiqlənmişdir.
İcbari Sığorta Bürosu Yaşıl Kart sistemi çərçivəsində aşağıdakı siyahıda qeyd edilən ölkələrin Yaşıl Kart Büroları ilə əməkdaşlıq edir:

Avropa İqtisadi Zonasına daxil olan ölkələr:
1Avstriya Respublikası
2Belçika Krallığı
3Kipr Respublikası 
4Çex Respublikası
5Danimarka Krallığı
6Estoniya Respublikası
7Finlandiya Respublikası
8Fransa Respublikası
9 Yunanıstan
10Macarıstan
11İrlandiya Respublikası
12İtaliya Respublikası
13İslandiya Respublikası
14Latviya Respublikası
15Litva Respublikası
16Lüksemburq
17Malta Respublikası
18Norveç Krallığı
19Niderland Krallığı
20Portuqaliya Respublikası
21 Rumıniya
22Slovakiya Respublikası
23Sloveniya Respublikası
24İsveçrə Konfederasiyası
25Xorvatiya Respublikası
26Almaniya Federativ Respublikası
27İsveç Krallığı
28İspaniya Krallığı
29Bolqarıstan Respublikası
30Birləşmiş Krallıq
31Polşa Respublikası
Avropa İqtisadi Zonasına daxil olmayan ölkələr:
32Tunis Respublikası
33 Bosniya və Herseqovina
34 Makedoniya Respublikası
35 Monteneqro Respublikası
36İran İslam Respublikası 
37Moldova Respublikası
38Türkiyə Respublikası
39Serbiya Respublikası
40Ukrayna
41Andorra Knyazlığı
42Albaniya Respublikası
43Mərakeş Krallığı

"